Bu mənzərə hamını MAT QOYDU! - MAKRON...

8-06-2019, 09:41           
Bu mənzərə hamını MAT QOYDU! - MAKRON...
Avropanın faşist işğalından xilas olmasında böyük əhəmiyyətə malik Normandiya əməliyyatının 75-ci ildönümü münasibəti ilə keçirilən mərasimdə iştirak eləmək üçün Fransaya getmiş ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makron ilə Kan valiliyində görüşüb. Tramp-Makron görüşü zamanı bir fotoşəkil diqqətləri cəlb edib.
Görüş zamanı prezidentlər oturduqdan sonra Makron ABŞ prezidentinə baxaraq onun əlini sıxıb. Trampın üzünün ifadəsi onun bu salamlaşmadan heç də məmnun olmadığını göstərib.

Mətbuatın çəkdiyi fotolarda Makronun Trampın əlini çox sərt şəkildə sıxdığı, bu səbəbdən də baş barmağının izinin qaldığı görünür.



Makron görüşlə bağlı açıqlamasında Fransanın ABŞ ilə güclü əlaqələrinin olduğunu və demokratiya təhdid halında ikən əlbir hərəkət etdiklərini bildirib.



Görüşdən sonra mətbuatda Makron ilə Tramp arasında gərgin bir söhbətin olub-olmadığı maraq mövzusu olub.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru