ABŞ Kiprə silah satışına yenidən başlayır... - TÜRKİYƏYƏ GÖZDAĞI, YOXSA...

14-07-2019, 12:28           
ABŞ Kiprə silah satışına yenidən başlayır... - TÜRKİYƏYƏ GÖZDAĞI, YOXSA...

Cənubi Kiprə silah embarqosu ləğv edilməsi üzrə ilk addım atılıb.

NTV xəbər verir ki, bu barədə qanun layihəsi ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilib.

Bundan başqa, ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılması qanun layihəsində yer alıb.

Bu addımın Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almasına cavab olaraq atıldığı ehtimal edilir.

Qanunun qüvvəyə minməsi üçün daha iki mərhələ qalıb. Öncə layihə Senatda qəbul edilməli və sonda ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, ABŞ 1987-ci ildən etibarən Cənubi Kiprə silah satışını qadağan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru