Ruhanidən sanksiyalara sərt cavab: “Bir gün səbir kasası daşacaq”

15-07-2019, 08:48           
Ruhanidən sanksiyalara sərt cavab: “Bir gün səbir kasası daşacaq”
"Xalqın bir yerdə və bir vücudda olduğunu görməkdən çox məmnunam".

APA “haberler.com”a istinadən məlumat verir ki, bu fikri İran Prezidenti Həsən Ruhani Şimali Xorasan əyalətinə səfərindən sonra xalqın ABŞ-ın sanksiyaları və müharibə təhdidləri qarşısında mətin dayandığını ifadə edərkə səsləndirib.

İranın ABŞ-la imzaladığı nüvə müqaviləsini ölkə tarixində ən böyük nailiyyət kimi dəyərləndirən Ruhani Tehran rəhbərliyinin altı əsas dövlət qarşısında dayandığını və iki illik danışıqlardan sonra nüvə razılaşmasını təsdiq etdiyini söyləyib.

İranın 12 ildir nüvə silahı yaratdığı ittiham edildiyini xatırladan prezident diqqətə çatdırıb ki, Beynəlxalq Atom və Enerji Təşkilatı tərəfindən bu iddia təsdiq etməyib.

Ruhani ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunarkən qeyd edib ki, ABŞ-ı İsrail və bir neçə kiçik dövlətlərdən savayı heç kim dəstəkləmir. O, bu məsələdə rəsmi Tehranın da səbrinin bir həddi olduğunu xüsusi olaraq vurğulayıb: “Bəzən düşmənlərimizlə doğru yol tapmaq üçün yumşaq dillə danışırıq. Nə qədər yumuşaq dillə danışsaq da bunun bir həddi var, bir gün səbir kasası daşacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru