Gürcüstan XİN Keşikçidağda baş verən insidentlə bağlı məlumat yayıb

16-07-2019, 00:58           
Gürcüstan XİN Keşikçidağda baş verən insidentlə bağlı məlumat yayıb
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ Məbədi-Kompleksində iyulun 14-də baş verən insidentlə bağlı məlumat yayıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, XİN yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında yaşanan insidenti təəssüfedici adlandırıb.
Məlumatda qeyd olunub ki, Gürcüstanın müvafiq qurumlarının təxirəsalınmaz reaksiyasından sonra insident tezliklə aradan qaldırılıb və faktla bağlı araşdırma başlayıb:
“Bu cür insidentlər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil. Buna görə də hesab edirik ki, ekspert qurpları və delimitasiya üzrə komissiyanın iclasları vaxtında davam etdirilməlidir. Gürcüstan tərəfi bu görüşlərə tam hazırlığını ifadə edir”.
XİN ictimaiyyəti təxribatlardan çəkinməyə çağırıb:
“Vətəndaş qruplarının danışıqların sakit mühitdə aparılmasını dəstəkləməsi uğurun mütləq şərtlərindən biridir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru