Səfir: “Gürcüstan-Azərbaycan münasibətlərinin gələcəyini heç bir təhdid gözləmir”

18-07-2019, 07:43           
Səfir: “Gürcüstan-Azərbaycan münasibətlərinin gələcəyini heç bir təhdid gözləmir”
“Azərbaycan və Gürcüstan hər zaman dost olub, dostuq və gələcəkdə də dost qalacağıq”.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” proqramına müsahibəsində bildirib.

Səfir bildirib ki, hər iki ölkə bir-birinə doğmadır: “Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır və bizim gələcəyimizi heç bir təhdid gözləmir. Sizi buna əmin edirəm”.

Z.Pataradze Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı və dostu olduğunu qeyd edib: “Ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Siyasi, iqtisadi-ticari, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqla yanaşı, birlikdə mühüm iqtisadi layihələr həyata keçirilir. Əminəm ki, biz iki dost ölkə olaraq hələ daha çox uğurları birlikdə bayram edəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru