“Adam erməni də ola bilər, erməni gəlini də...”

20-07-2019, 19:14           
“Adam erməni də ola bilər, erməni gəlini də...”
“Adam erməni də ola bilər, erməni gəlini də. Hətta ata-anası da erməni ola bilər. Heç kim başqalarına, hətta öz yaxınlarına görə məsuliyyət daşımır. Amma insan olmaq şəxsin özündən asılıdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu Modern.az-a açıqlmasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Avropada yaşayan hüquq müdafiəçisi Leyla Yunus haqqında söyləyib. L. Yunusun mərhum eks-prezident Əbülfəz Elçibəy haqqında iddialarına hiddətlənən M. Mirəlioğlu onun düşməncəsinə yanaşmasını qəbul etmir:

“Düşməncəsinə, düşmən dilində münasibət sərgiləmək, tarixi faktları təhrif etmək məqsədyönlü məsələdir. Bu hadisələr təkcə danışan şəxsin işi deyil, arxasında böyük düşmən qüvvələrin olmasının göstəricisidir. Yaxın saatlarda onun tutarlı cavabını verməyə çalışacağıq. Hesab edirəm ki, hələlik aidiyyəti olan, birbaşa adı çəkilən adamlar Leyla Yunusun cavabını verməyiblər”.

Qeyd edək ki, hazırda Avropada yaşayan Leyla Yunus Sevinc Osmanqızının sosial şəbəkədəki canlı yayımı vasitəsi ilə Ə.Elçibəyi “KQB” agenti adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru