Dünyada ilk kiberdiplomatiya məktəbi açıldı

23-07-2019, 07:57           
Dünyada ilk kiberdiplomatiya məktəbi açıldı
İyulun 22-də Estoniyanın paytaxtı Tallində dünyada ilk dəfə olaraq kiberdiplomatiya yay məktəbi fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, məktəbin builki iştirakçıları 26 ölkədən 80 diplomat və ekspertlər olacaq.

Yay məktəbinin konsepsiyası sürətlə inkişaf edən rəqəmli texnologiyaların tətbiqi və kibertəhlükəsizlik məsələlərinin dünya diplomatiyasına təsiri və həllidir. Beşgünlük kurs əsasən səfirliklər və beynəlxalq təşkilatlarda siyasi həllər zamanı kiber üsullardan istifadə edən əməkdaşlar üçündür. Mühazirələri dünyanın bu sahə üzrə ən görkəmli kiberdiplomatları aparacaq.

Kurslar dünya üzrə fəaliyyət göstərən diplomatlar üçün açıqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru