Belorus prezidenti ABŞ-la münasibətlərə yenidən baxmağı təklif edib

30-08-2019, 08:07           
Belorus prezidenti ABŞ-la münasibətlərə yenidən baxmağı təklif edib
Belorus prezidenti Aleksandr Lukaşenko Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonla Mİnskdəki görüşü zamanı bəyan edib ki, Vaşinqton və Minsk arasındakı münasibətlərin pis səhifəsi bağlanmalıdır.

Lukaşenkonun sözlərinə görə, Belorus-ABŞ münasibətlərini təmiz vərəqdən başlamaq lazımdır və Boltonun səfəri bu istiqamətdə ilk addım ola bilər.

«Sizin səfəriniz ətrafında baş verən bütün səs-küyə baxmayaraq, burada çoxlu müsbət məqam var, xüsusilə də Belorus üçün. Müsbət odur ki, özünüz də yəqin bilirsiniz, ABŞ-la münasibətlərimizin pisləşməsindən sonra, həmişə təklif etmişik ki, həmin pis səhifəni bağlayaq və yeni səhifədən başlayaq» – deyə, Belorus prezidenti bəyan edib.

Bolton da öz növbəsində, ümid etdiyini bildirib ki, tərəflər bölgəsel təhlükəsizlik, insan haqları və silahların yayılmaması sahəsində ümumi dil tapa biləcəklər.

«Mən də sizinlə razıyam, biz çox açıq olmalıyıq və mən hesab edirəm ki, ümumi dil tapa biləcəyik» - deyə, Bolton əlavə edib.

Bolton yüksək məqamlı ilk amerikalı məmurdur ki, son illər Belarusa səfər edib. Yaxın vaxtlarda o, Belorusun xarici işlər naziri Vladimir Makeeylə görüşməlidir.

Açıq-aşkar görünür ki, Belorusla münasibətləri istiməklə, ABŞ Şərqi Avropada Rusiyanın təsir dairsini qısaltmaq cəhdi göstərir. Onu da nəzərə almaq lazımdır ki, Rusiya ilə Belorus müttəfiq dövlətlərdir.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.