İrəvan da Lukaşenkonun yolunu tutdu: İmtina…

30-08-2019, 10:03           
İrəvan da Lukaşenkonun yolunu tutdu: İmtina…
Ermənistan hökuməti II Dünya Müharibəsinin başlanmasının 80 illiyi ilə bağlı tədbirdə iştirakdan imtina edib. Ermənistan bu konfliktdə SSRİ-nin tərkibində yer alaraq iştirak edib.

Axar.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.

“Bu, prinsipial məsələdir. Biz II Dünya Müharibəsi ilə birbaşa əlaqəsi olan ölkəyik. Bizim babalarımız sovet ordusunun tərkibində nasizmə qarşı vuruşublar. Ermənistan belə beynəlxalq tədbirlərin təşkilində həssas yanaşmaya sahibdir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Belarus Prezidenti Aleksandr Lukaşenko da Polşaya getməkdən imtina etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru