«Biz, əl açıb ABŞ-ın qabağına qaçmırıq» – Belorus XİN

31-08-2019, 07:46           
«Biz, əl açıb ABŞ-ın qabağına qaçmırıq» – Belorus XİN
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizdik məsələləri üzrə köməkçisi Con Boltonla görüşün yekunları barədə danışan Belorus Respublikasının xarici işlər naziri Vladimir Makey maraqlı açıqlamalar verib. O, bəyan edib ki, Belorus əl açb ABŞ-n qabağına qaçmır və nə isə verməyi və ya masa üzərinə qoymağı xahiş etmir. Bu barədə XİN-nin «Feysbuk» səhifəsində xəbər verilir.

Xarici işlər naziri qeyd edib ki, Con Boltonun Minskə səfəri faktının arxasında heç bir gizli məqsəd axtarmaq lazım deyil. Onun sözlərinə görə, müşavir Con Bolton bir neçə ölkəyə turnesi çərçivəsində Belorusa da səfərə gəlib. Səfərin məsədi isə «bölgədə situasmiya ilə tanışlıq» və perspektivə nəzər salmaq olub. Nəzərə almaq lazımdır ki, bölgədə «hər şey heç də sakit deyil».

«Ona görə də bu səfərin həyata keçirilməsi barədə bizə sorğu daxil olarkən, biz ABŞ-la normal munasibətlər qurmağa çalışdığımız mövqedən çıxış edərək, bu görüşə razılıq verdik. Etiraf etmək lazımdır ki, bu gün ABŞ obyektiv olaraq, dünyada aparıcı gücdür. Deməliyəm ki, səfər çox-çox faydalı oldu» - deyə, Makey qeyd edib.

Budan başqa, Belorus XİN başçısı bəyan edib ki, danışıqlar zamanı «heç kim nəyə isə birləşməyə və ya kimin yanındansa, nədən isə aralanmağa çağırış etməyib».

«Bölgədəki vəziyyətlə, dünyadakı situasiya ilə bağlı səmimi diskusiya olub – təhlükəsizlik, ticarət-iqtisadi əməkdaşlıq, ikitərəfli münasibətlərin inkişafı istiqamətlərində diskusiya» – deyə, nazir əlavə edib.

Bununla yanaşı, Belorusun xarici işlər naziri onu da nəzərə çatdırıb ki, ölkəsi Trampın müşaviri ilə ikitərəfli münasibətlərin inkişafı sahəsində dialoqun davam etdirilməsi və üzdə olan bəzi məsələlərin həllinin tapılması barədə razılığa gəlib.

«Belorus prezidenti dəqiq ifadə etdi ki, biz, əl açıb ABŞ-ın qabağına qaçmırıq,ə ondan nəyi isə bizə verməsini istəmirik və ya hansısa tikəni ağzımıza tullamağı xahiş etmirik. Yox! Biz, sadəcə, bərabər hüquqlu ticarət-iqtisadi, siyasi, humanitar və digər istiqamətlərdə əməkdaşlıq və qarşılıqlı fəaliyyət istəyirik. Biz, buna hazırıq…» – deyə, nazir bəyan edib.

Onun fikrincə, Boltonun indiki səfəri həm də ona görə, əhəmiyyətlidir ki, tərəflər bir-birini yaxıqdan başa düşmək cəhdi göstərdilər.

«Və mən hesab edirəm ki, bu səfərin başlıca nəticəsi ondan ibarətdir ki, tərəflər bir-birini eşitməyə cəhd göstərdilər və razılığa gəldilər ki, belə dialoq perspektivdə də davam etdirilməlidir» – Makey bəyan edib.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.