«Gəlin, sülh müqaviləsini bağlayaq!» – Abe Putinə müraciət etdi

6-09-2019, 08:30           
«Gəlin, sülh müqaviləsini bağlayaq!» – Abe Putinə müraciət etdi
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiyanın Baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinə iki ölkə arasında sülh müqaviləsi bağlamağı təklif edib. Bu barədə Şərq İqtisadi Forumunun (ŞİF-2019) panel sessiyasında Yaponiya hökumətinin başçısı özü xəbər verib.

«Gəlin, sülh müqaviləsini bağlayaq və bununla da ölkələrimiz arasında mövcud olan nəhayətsiz imkanlara yol açaq» – deyə, Abe Putinə müraciət edib.

O, əlavə edib ki, daha bundan sonra «insanları gözləməyə məcbur etmək olmaz – onlar gələcəkdə yaşamaq istəyirlər və yaşayacaqlar».

«Vladimir, gəlin hər şeyi birlikdə edək ki, məqsədə çatana qədər həmişə irəli gedək» – yapon Baş nazir bildirib.

Bununla bərabər, hökumət başçısı ölkələr arasında viza rejiminin qarşılıqlı şəkildə yumşaldılmasına çağırış edib. O, qeyd edib ki, yaponlar Vladivostoka getdikcə daha çox səfər etmək istəyirlər və artıq Yaponiyanın iki nəhəng aviaşirkəti Vladivostok və Tokio arasında birbaşa aviareysləri işə buraxırlar.

Putin də öz növbəsində, sülh müqaviləsi probleminin həlli istəyini təsdiqləyib və deyib ki, tərəflər buna doğru 1956-cı il qətnaməsi əsasında gedəcəklər.

Rusiya lideri qeyd edib ki, «Yaponiyanın ABŞ qarşısında çoxsaylı hərbi öhdəlikləri ilə bağlı məsələlər var və onları nəzərə almaq gərəkdir».

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Putin və Abe cümə axşamı sülh müqaviləsi məsələsini müzakirə ediblər, amma həmin mövzu üzrə danışıqlar «elə əvvəlki vəziyyətdədir».












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.