Fəzail Ağamalı Əli Kərimlini dəvət etməməsinin səbəbini açıqladı

11-09-2019, 16:28           
Fəzail Ağamalı Əli Kərimlini dəvət etməməsinin səbəbini açıqladı
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı bu gün keçirilən “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda “dəyirmi masa”ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin dəvət etməməsinin səbəbini açıqlayıb.
F. Ağamalı deyib ki, buna səbəb Əli Kərimlinin siyasi mühacir müxalifəti adlandıranların yanında olmasıdır. “Baxın, mühacirlər ayrı-ayrı şəxsləri təhqir edirlər, Əli Kərimlinin maliyyələşdirdiyi şəxslər də həmin prosesi davam etdirirlər. Bu söyüşlər təkcə iqtidara qarşı deyil. Əli Kərimlinin dəstəsi Müsavat, REAL və digər partiyalara da cəbhə açıb.

Hansı partiya istəyir ki, müxalifətdə fəallaşsın, Əli Kərimlinin dəstəsi onu mənəvi terrora, təhqirə məruz qoyur. Bu şəxslərlə Avropadakı söyüş söyənlərin bağlılığı varmı? Mənə elə gəlir ki, var. Ona görə də bu cür insanı mənəviyyatıma sığışdırıb tədbirə dəvət etmədim. Tədbirin təşkilatçısı kimi mənim Əli Kərimlini tədbirə dəvət etməməyə hüququm çatır”, F.Ağamalı bildirib.

(report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru