SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb

13-09-2019, 06:37           
SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb
Azərbaycanın SOCAR şirkəti Ukrayna iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib.

“Azərbaycan və Ukrayna bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində münasibətləri inkişaf etdirir. Son illərdə SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon ABŞ dollarından çox sərmayə yatırıb. Cari ilin ilk 8 ayı ərzində Ukraynanın xam neft idxalının 92% -i Azərbaycanın payına düşüb", - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn uzunmüddətli möhkəm əlaqələr yaranıb. X.Xələfov, həmçinin Ukraynadakı Azərbaycan diasporunun ikitərəfli əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə töhfə verən yüksək rolunu qeyd edib.

Azərbaycanlı diplomat hər iki ölkənin müxtəlif beynəlxalq platformalarda, məsələn, GUAM, BMT, AŞPA, QDİƏT və s. kimi sahələrdə, o cümlədən ərazi bütövlüyünün və suverenliyinin tanınması məsələsində vahid mövqelərdən çıxış edərək daim qarşılıqlı fəaliyyət göstərdiyini diqqətə çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru