Rusiya baş nazirinin müavini Dmitri Roqozin Rusiyada silah satışı ilə məşğul olan müəssisələrin Türkiyə ilə əməkdaşlıqdan imtina etdiyini deyib.
Axar.az xəbər verir ki, Roqozin “Kolçuqa Holdinq” adlı şirkətin Türkiyədə istehsal edilən silahların alışını ləğv etdiyini bildirib.
O, Feysbuk hesabında şirkətin mətbuat elanını paylaşaraq "Silah mağazalarının sahibləri türklərlə çalışmaqdan imtina edir. Belə bir vətəndaşlıq mövqeyinə hörmət edirəm", - deyə şərh yazıb.
Şirkət Rusiyanın vurulan Su-24 təyyarəsinə görə, Türkiyədə istehsal edilən silahları da boykot edəcəyini açıqlayıb.
Roqozin Feysbuk hesabında Türkiyənin silah istehsal edən şirkətlərinin siyahısını da paylaşıb.