Donmuş məhsullar istifadə etmək olarmı?

30-06-2025, 08:08           
Donmuş məhsullar istifadə etmək olarmı?
Donmuş yarımfabrikatlar müasir həyat tərzində vaxt qazanmaq üçün tez-tez seçilir. Foodinfo.az bildirir ki, bu məhsulların tərkibi uzunmüddətli saxlama üçün konservantlar və duzla zəngin olur. Bu isə yüksək qan təzyiqi və böyrək problemlərinə səbəb ola bilər.Eyni zamanda bu qidaların bir çoxu əvvəlcədən qızardılmış və trans yağlarla zəngin olur. Trans yağlar ürək-damar sağlamlığı üçün ən zərərli maddələrdən biridir. Donmuş məhsulların tərkibindəki qatqılar allergik reaksiyalara və həzm pozğunluğuna yol aça bilər. Bəzən isə məhsul düzgün dondurulmadıqda bakteriya çoxalması riski yaranır.Etiketləri diqqətlə oxumaq və tərkibi mümkün qədər təbii olanlara üstünlük vermək vacibdir. Ev şəraitində dondurulmuş təbii tərəvəz və ət məhsulları daha təhlükəsiz hesab olunur. Rahatlıq naminə sağlamlığı təhlükəyə atmaq düzgün seçim deyil.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru