“56 nəfər parlament seçkilərindən geri çəkildi" - MSK sədri

28-12-2019, 19:34           
“56 nəfər parlament seçkilərindən geri çəkildi" - MSK sədri
"Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 nəfər müraciət edib".

Teref.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb: "13 nəfər təşəbbüs qrupları tərəfindən, 1305 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 1012 nəfəri isə imza vərəqələrini artıq götürüb, 124 nəfəri qaytarıb, 16-ı isə qeydə alınb. 56 nəfər isə seçkilərdə iştirakını dayandırıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru