ABŞ və Misir Türkiyəyə qarşı - Liviya hökuməti isə qapılarını Ankaraya açdı
29-12-2019, 01:00

Dekabrın 26-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp və onun Misirdən olan həmkarı baş tutan telefon danışığının gedişində xarici qüvvələrin Liviyanın daxili işlərinə qarışmasına qarşı oluqlarını bildiriblər. Bu barədə Ağ Evin xəbərində deyilir.
Tərəflər həm də ABŞ və Misir arasında münasibətləri, bölgəsəl gündəliyin aktual məsələlərini müzakirə ediblər.
“Tramp və Sisi xarici dövətlərin Liviyanın daxili işlərinə qarışmasına qarşı olduqlarını ifadə ediblər. Həmsöhbətlər bu fikirdə həmrəy olduqlarını bildirirlər ki, Liviya münaqişəsinin tərəfləri onun tənzimlənməsi istiqamətində təcili addımlar atmalıdırlar. Nə qədər ki, xarici güclər Liviya üzərində nəzarət qurmayıblar” - xəbərdə deyilir.
Bu arada, marşal Həftarın komandanlığı aliında özünü “Liviya Mill Ordusu” (LMO) adlandıran silahlılar paytaxt Tripoliyə davam edən hücumları fonunda, başda Fayez əs-Səracı olmaqla, Milli Həmrəylik Hökuməti (MHH) “quruda, suda və səmada” hərbi kömək üçün Türkiyəyə rəsmi sorğu göndərib.
Bu müraciətə reaksiya verən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dekabrın 26-da bəyan edib ki, ölkə parlamenti yanvar ayında bu məsələ üzrə səsvermə keçirəcək. Türkiyə lideri bildirib ki, böyük ehtimalla, qərar yanvarın 8-də və ya 9-da qəbul edilsin. Türkiyə hökuməti beynəlxaq birlik tərəfindən tanınmış Liviya hökumətinə “hər cür kömək” göstərmək niyyətindəir.
Dekabrın 21-də Türkiyə parlamenti noyabrın sonunda Ankaranın LHH ilə bağladığı müqaviləni təsdiqləyib. Müqaviləyə əsasən, Türkiyə hərbçiləri və polis qüvvələri «məşq və təhsil məqsədilə» Liviyaya göndərilə bilər. Ərdoğan artıq bəyan edib ki, Liviyaya nizami ordu da gönlərməyə hazırdır («Röyter»).
Xəbər verildiyi kimi, dekabrın 19-da Liviya MHH Türkiyə ilə bağlanmış müqavilənin ratifikasiya olunduğunu bildirib. Beləliklə, Fayez əs-Səracı Türkiyə tərəfindən hərbi köməyə yolları açıb.