Prezident Administrasiyası rəhbərinin kadrı YAP-ın deputatlığa namizədi oldu - FOTO

29-12-2019, 08:43           
Prezident Administrasiyası rəhbərinin kadrı YAP-ın deputatlığa namizədi oldu - FOTO
Prezident Administrasiyası rəhbərinin adamı YAP-ın deputatlığa namizədi oldu - FOTO

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti tərəfindən təsdiqlənən və ictimaiyyətə elan olunan rəsmi namizədlər siyahısında xeyli yeni simalar-adlar var.



Ancaq həmin namizədlərin bir çoxu nəinki geniş ictimaiyyət, elə stajlı YAP-çılar tərəfindən belə tanınmır.



Həmin yeni simalardan biri də 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Yıldırım Fatma Vidadi qızıdır.



Qeyd edək ki, namizədlər siyahısı açıqlanana qədər çoxları F. Yıldırım haqqında heç bir bilgiyə malik olmayıb, həmçinin, YAP-çıların çoxu da onu tanımayıb.



Apardığımız araşdırma nəticəsində məlum olub ki, xanım Yıldırım Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşıdır.



1973-cü il doğumlu F. Yıldırım ötən ildən adıçəkilən komitənin Kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb. O, həm də fizika-riyaziyyat elmlər namizədidir.



Qeyd edək ki, bir müddət öncəyə qədər adıçəkilən şəxsin işlədiyi komitəyə Prezident Administrasiyasının (PA) indiki rəhbəri Samir Nuriyev rəhbərlik edib və xanım Yıldırım da onun kadrı hesab edilir…Etikxeber













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.