Deputatlığa namizəd jurnalist, şəhid övladı imzatoplamaq kompaniyasını müvəffəqiyyətlə başa vurdu....

30-12-2019, 07:44           
Deputatlığa namizəd jurnalist, şəhid övladı imzatoplamaq kompaniyasını müvəffəqiyyətlə başa vurdu....
Teref.az yazır ki, deputatlığa namizəd jurnalist, şəhid övladı Zaur Əhməg imza toplamaq kompaniyasını başa vuraraq topladığı imzaları təhvil verib. Zaur bəy bu barədə sosial şəbəkədə yazır:
500 Cəbrayıl sakinindən imza aldıq və təhvil verdik. Seçki qərargahımızın üzvləri çox aktiv işlədi. 4 gün ərzində müxtəlif ərazilərdə məskunlaşan cəbrayıllılarla görüşüb həm imzalarını, həm də xeyir-dualarını aldıq.
Doğrusu, bu qədər operativ və yüksək səviyyəli iş gözləmirdim. Qohumlarım, dostlarım, yaxınlarım xüsusi canfəşanlıq etdilər. Onların əzmi, ürəklə çalışmaları qürurlandırdı məni. Onu xüsusi qeyd edim ki, seçki qərargahının üzvləri eləcə də, imza toplayanlar arasında keçmiş döyüşçülər, ehtiyata buraxılan hərbçilər, qazilər və övladları, tanınmış jurnalistlər iştirak ediblər. Prosesdə çəkilən fotoların yayılmasını istəmirlər.
Bilirsiniz nə deyirlər? Dedilər ki, uzun illər qələmi ilə yanımızda olan jurnalist dostumuza və ən əsası şəhid qardaşımızın əmanətinə dəstək vermək borumuzdur. Bu, ən öyük dəyərdir. Komandamızın bu mərhələyə qədərki təmənnasız və dəyərli zəhmətinə görə təşəkkürlər. Ümid edirəm ki, hər hansı süni əngəl olmadan növbəti mərhələyə keçib, maraqlı təbliğat kampaniyası aparacağıq. Əminəm ki, bu dəfə fərqli nəticə olacaq. Seçici öz taleyinə biganə qalmayacaq və qərarını verəcək...

Biz cavan qardaşımız, kolleqamız və şəhid övladına uğurlir diləyirik!
Teref.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.