Putinin təhqirinə nazirdən cavab: Stalin və Hitler...

30-12-2019, 08:05           
Putinin təhqirinə nazirdən cavab: Stalin və Hitler...
23 sentyabr 1939-cu ildə imzalanan “Molotov-Ribbentrop” paktı SSRİ və Faşist Almaniyasının bir-birinə hücum etməməsi barədə zəmanət sənədi deyildi. Bu sənəd Avropanı iki təsir sahəsinə bölməyi nəzərdə tutan siyasi və hərbi ittifaq idi.

Axar.az xəbər verir ki, bu sözləri Polşa Xarici İşlər naziri Mateuş Moraveçki deyib.

O bildirib ki, bu tarixi pakt gələcək illərdə hər iki tərəfin törədəcəyi ağlagəlməz cinayətlərin proloqu idi:

“Hitler-Stalin ittifaq parlaq şəkildə baş tutdu. 1 sentyabr 1939-cu ildə Hitler Almaniyası Polşaya qərbdən zərbə endirdi. SSRİ isə 17 sentyabrda şərq istiqamətdən eynisi etdi”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin geniş kollegiyası zamanı Putin Adolf Hitlerin Polşa yəhudilərinin Afrikaya sürgün edilməsi ideyasını dəstəkləyən Polşanın nasist Almaniyasındakı səfiri Yozef Lipskini “əclaf və antisemit donuzu” adlandırıb. Bundan sonra qarşı tərəf Rusiyanın Polşadakı səfirini XİN-ə çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.