Azərbaycanda bu ərazidə bələdiyyə seçkilərinin nəticələri ləğv olundu – Rəsmi

31-12-2019, 17:12           
Azərbaycanda bu ərazidə bələdiyyə seçkilərinin nəticələri ləğv olundu – Rəsmi
Azərbaycanda bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib.

Teref.azTrend-ə istinadən xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib.

Bildirilib ki, MSK-ya daxil olan müraciətdə qeyd olunub ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində bəzi qanun pozuntuları baş verib. MSK nəzdində Ekspert qrupu tərəfindən şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini tapıb.

MSK-nın iclasında müzakirələrdən sonra qərara alınıb ki, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqəsində səsvermənin nəticəsi ləğv edilsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru