ABŞ hərbiləşdirilmiş şiə qruplaşmasını terror təşkilatları siyahısına əlavə edib

4-01-2020, 08:08           
ABŞ hərbiləşdirilmiş şiə qruplaşmasını terror təşkilatları siyahısına əlavə edib
ABŞ Dövlət katibi Mayk Pompeo “Əsaib Əxl əl-Hakk” hərbiləşdirilmiş şiə qruplaşmasını ABŞ-ın tərtib etdiyi xarici terror təşkilatları siyahısına əlavə edib, onun iki liderini isə xarici terrorçu kimi tanıyıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.

“Əsaib Əxl əl-Hakk” və onun liderləri amansız qüvvələrdir və İran tərəfindən nəzarət olunur. Özlərinin Tehrandakı ağaları adından hərəkət edirlər, onlar güc və terrordan İran rejiminin İraqın suverenliyini pozmaq cəhdlərini dəstəkləmək üçün istifadə edirlər”, - deyə Amerika diplomatiyasının rəhbəri qeyd edib.

Dövlət Departamentinin fikrinə görə, “Əsaib Əxl əl-Hakk” “yaradıldığı 2006-cı ildən bəri 6 mindən çox ABŞ və koalisiya qüvvələrinə hücumlara məsuliyyəti öz üzərinə götürüb”. Ötən ilin dekabrında ABŞ-ın Maliyyə Nazirliyi sözügedən qruplaşmaya və onun liderlərinə qarşı sanksiya tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru