İran Qasım Süleymaninin öldürülməsinin qisasını necə alacaq?

4-01-2020, 07:48           
İran Qasım Süleymaninin öldürülməsinin qisasını necə alacaq?
Washington üçün o, əlinə ABŞ qanı bulaşmış bir qatil idi.
İran İnqilab Keşikçilərinin Qüds qüvvələri komandanı, nüfuzlu general Qasım Süleymaninin Trump-ın əmri ilə İraqda öldürülməsinə İran necə bir cavab verəcək?

Qisas alınacağı gözləniləndir, BBC-nin müdafiə və diplomatik məsələlər üzrə müxbiri Jonathan Marcus yazır.

Zəncirvari intiqam aktları iki ölkəni birbaşa münaqişəyə gətirə bilər. Washington-un İraqda gələcəyi sual altına düşəcək. Və Prezident Trumpın regionla bağlı strategiyası varsa da, hər zamankından daha artıq sınanacaq.

Bu hücum amerikalıların İrana "müharibə elanıdır", Ağ Evin Obama admninstrasiyası üçün Yaxın Şərq və Körfəz koordinatoru olmuş Philip Gordon deyir.

Qüds Qüvvələri İran təhlükəsizlik qüvvələrinin xaricdə əməliyyatlara məsul qanadıdır. Süleymani İranın nüfuzunu Livan, İraq, Suriya və digər ölkələrdə hücumlar və ya Tehranın müttəfiqlərini dəstəkləmək yoluyla genişləndirən bir hərbçi idi.

Washington üçün isə o, əlinə ABŞ qanı bulaşmış bir qatil idi. Ancaq o İranın özündə də böyük rəğbət sagibi idi. O Tehranın ABŞ sanksiyaları və təzyiqinə qarşı mübarizəsinə rəhbərlik edən biri idi.

Bəs bundan sonra nə olacaq? Əsas sual budur. Prezident Trump bəlkə də ümid edir ki, bir sərrast həmlə ilə İranı qorxudub və regiondakı İsrail və Səudiyyə Ərəbistanı kimi müttəfiqlərinə dişlərinin hələ də iti olduğunu göstərib. Ancaq İranın ağır zərbəylə cavab verməyəcəyini düşünmək belə mümkün deyil. O cavab tezliklə olmayacaqsa belə.

İraqdakı 5000 ABŞ qoşunu potensial hədəfdir. Onun kimi də, İramın və ya onun proksilərinin əvvəllər vurduğu digər hədəflər. Körfəzdə gərginlik hədsiz yüksək olacaq. Təəccüblü deyil ki, ilk reaksiya neftin qiymətlərindəki artım oldu.

ABŞ və onun müttəfiqləri müdafiə olunmağa çalışacaqlar. Washington artıq Bağdaddakı səfirliyində təhlükəsizliyi gücləndirib. O, regiondakı hərbi ayaq izlərinin sayını tezliklə artırmaq planı da hazırlayacaq.

Ancaq mümkündür ki, İranın cavabı assimetrik- başqa sözlə, hücuma hücumla cavab yox, Süleymaninin yaratdığı və maliyyələşdirdiyi proksilərin yardımından yararlanmaq - olsun.

Məsələn, ABŞ-ın Bağdaddakı səfirliyinin mühasirəsi və bununla da İraq hökumətini çətin vəziyyətə salmaq və ABŞ-ın oraya qoşun göndərməsini sual altına qoymaq kimi addımlar. Sonra başqa yerlərdə etiraz nümayişləri pərdəsi altında yeni hücumlar…


İran İraqdakı ABŞ qüvvələrinə hücum edə bilərmi?
General Süleymaninin hücumla öldürülməsi ABŞ hərbi kəşfiyyatı və bacarıqlarının nümayiş etdirilməsi idi. Regionda çoxları onun ölümünə ağlamayacaq. Amma Prezident Trump tərəfindən bu, nə qədər müdrik qərar idi?

Pentaqon bundan sonra baş verəcəklərə hazırdırmı? Bəs bu hücum cənab Trumpın regionda strategiyası barədə bizə nə deyir? Bu strategiya dəyişibmi? İranın əməliyyatlarına tolerantlıq indi sıfır səviyyəsinəmi enib?

Yoxsa bu, prezidentin şübhəsiz ki, "çox pis adam" hesab etdiyi İran komandirini sadəcə aradan qaldırmaq istəməsi idimi?bbc.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru