İraq bəyanat yaydı: ABŞ-la bağlı tarixi qərar...

4-01-2020, 11:27           
İraq bəyanat yaydı: ABŞ-la bağlı tarixi qərar...
İraq ABŞ-ın ölkədəki hərbi mövcudluğuna son qoymaqla bağlı qərar qəbul edə bilər.

Axar.az xəbər verir ki, bu barədə İraq Təhlükəsizlik Şurası keçirilən iclasdan sonra bəyanat yayıb.

Bəyanatda sabah parlamentin fövqəladə iclas keçirəcəyi və ABŞ-ın İraqdakı varlığına son qoymaqla bağlı qərar alınmasının gündəmdə olduğu qeyd edilib.

Şura həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds komandanı Qasım Süleymaninin və digər şəxslərin öldürülməsinin İraqın suverenliyinə təhdid olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru