İran generalı Süleymaninin qisas planını açıqladı: “Təl-Əviv və 35 nöqtə…”

4-01-2020, 19:26           
İran generalı Süleymaninin qisas planını açıqladı: “Təl-Əviv və 35 nöqtə…”
İran İnqilab Keşikçilərinin generallarından Cüməli Əbuhəmzə ABŞ-I təhdid edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Qasım Süleymaninin öldürülməsinin qarşılığında ABŞ-I əllərinin uzandığı hər yerdə cəzalandıracaqlarını bildirib.
“Tasnim” xəbər agentliyinin iddiasına əsasən general bu sözlərlə Bəsrə körfəzindən keçən ABŞ gəmilərini işarə edib. Əbuhəmzə bildirib ki, Hörmüz boğazı Qərb üçün böyük əhəmiyyətə malikdir: “Amerikanın bir çox mülki və hərbi gəmisi həmin boğazdan keçir. Ərazidəki ABŞ-a məxsus əhəmiyyətli nöqtələr İran tərəfindən müəyyənləşdirilib. Təl-Əvivlə yanaşı 35 ABŞ hədəfi əlimizin altındadır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru