Rauf Arifoğlunun deputatlığa namizədliyi qeydə alınıb - FOTO

4-01-2020, 19:42           
Rauf Arifoğlunun deputatlığa namizədliyi qeydə alınıb - FOTO
35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun namizədliyi qeydə alınıb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bu barədə R.Arifoğlunun Seçki Qərargahının rəhbəri Çingiz Özgür məlumat verib.

O bildirib ki, Seçki Qərargahının üzvləri imzatoplama kampaniyasını yekunlaşdırıb və sənədlər müvafiq qaydada Dairə Seçki Komissiyasına (DSK) təqdim edilib.

Yanvarın 4-də DSK R.Arifoğlunun namizədliyini qeydə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru