Qəribə və müəmmalı addım- İran "qara qutu" ilə bağlı bəyant verdi

9-01-2020, 00:06           
Qəribə və müəmmalı addım- İran "qara qutu" ilə bağlı bəyant verdi
İranda qəzaya uğrayan Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin qara qutusu “Boeing” şirkətinə təqdim edilməyəcək.

Publika.az xəbər verir ki, İran Mülki Aviasiya şirkətindən belə açıqlama verilib. Bildirilib ki, “qara qutu” barədə lazımi təhqiqatlar iranlı mütəxəssislər tərəfindən aparılacaq.

Xatırladaq ki, Tehran-Kiyev marşrutu üzrə uçan layner İmam Xomeyni adına beynəlxalq hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb. Nəticədə göyərtədə olan 166 sərnişin və 10 heyət üzvünün hamısı həyatını itirib. İran tərəfi qəzanın texniki səbəblərdən baş verdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru