İran XİN: Tehran təyyarə qəzasının tədqiqində iştirak etmək istəyən əcnəbi mütəxəssisləri salamlayır

10-01-2020, 07:38           
İran XİN: Tehran təyyarə qəzasının tədqiqində iştirak etmək istəyən əcnəbi mütəxəssisləri salamlayır
“İran, vətəndaşları faciə qurbanları olan dövlətlərin nümayəndələrinin Ukrayna təyyarəsinin qəzasının istintaqında iştirakını alqışlayır”.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlama ilə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi çıxış edib. Onun açıqlaması nazirliyin saytında dərc edilib.

“İran İslam Respublikası, vətəndaşları bu dəhşətli faciədə ölən ölkələrin mütəxəssislərinin araşdırmada iştirakını alqışlayır”, - deyə məlumatda deyilir.

Bundan əlavə, Musəvi Kanadanın Baş Naziri Castin Trüdonu, eləcə də digər dövlətləri aviaqəza ilə bağlı sahib olduqları məlumatları İranla paylaşmağa səsləyib.

Eyni zamanda, XİN rəsmisi “Boeing” şirkətini hadisənin istintaqında iştirak etmək üçün nümayəndə göndərməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru