Ermənistan dünya dövlətləri arasında ilk dəfə Krıma müntəzəm uçuşlar təşkil edəcək

10-01-2020, 07:42           
Ermənistan dünya dövlətləri arasında ilk dəfə Krıma müntəzəm uçuşlar təşkil edəcək
Ermənistan dünya dövlətləri arasında ilk dəfə Krım yarımadası ilə qarşılıqlı müntəzəm uçuşlar təşkil edəcək.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Ermənistan artıq bu ildən Krımla müntəzəm aviareyslərə başlayacaq. Qeyd edilir ki, Yerevanla Simferopol arasında müntəzəm reyslərə martda start veriləcək.

Uçuşları həyata keçirəcək aviaşirkət artıq bunula bağlı icazə alıb. Hazırda tərəflər arasında uçuş cədvəlinin uyğunlaşdırılması, həmçinin aeroportların razılaşdırılması prosesi həyata keçirilir. Martda həftə ərzində iki dəfə uçuşların təşkil olunması planlaşdırılır. Bildirilir ki, sonrakı uçuşlar tələbat üzrə planlaşdırılacaq.

Qeyd edək ki, Ermənistan bununla dünyada Krımla müntəzəm beynəlxalq reys təşkil edən ilk dövlət olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.