Amerika ilə İran arasında assimetrik savaş var gücüylə davam edəcək.

11-01-2020, 00:35           
Amerika ilə İran arasında assimetrik savaş var gücüylə davam edəcək.
Amerika iranlı general Qasim Süleymanini öldürdükdən sonra İsraillə birgə əməliyyatın ikinci mərhələsinə başlayıb. Həm Amerika, həm də İsrailin məqsədi İranın bölgədəki təsir imkanlarını azaltmaqdır. Elə Süleymanini də ona görə öldürdülər ki, İranla qonşu ölkələrdəki hərbiləşdirilmiş qruplar arasında zəncir qırılsın. Süleymani bu zəncirin ən önəmli halqası idi. Doğrudur, Süleymaninin yerinə başqası təyin olunub. Ancaq hələ yenisi işi düzüb qoşana qədər Amerika İsraillə birgə İranın bölgədəki təsir qruplarını zəiflətməyə çalışacaq. Təsadüfi deyil ki, Süleymaninin öldürülməsindən sonra “Hizbullah” təşkilatının Suriyadakı mövqeləri bombalanıb. Amerika və İsrail bu prosesə tədricən ərəb ölkələrini də qoşacaqlar. Ərəb ölkələrinin əksəriyyəti də Amerika və İsrail kimi İranın bölgədəki təsir qruplarının fəaliyətindən rahatsızdır. Başqa sözlə Amerika ilə İran arasında assimetrik savaş var gücüylə davam edəcək.
Elxan Şahinoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru