Ermənilərin “təmir” etdiyi Şuşa məscidinin indiki halı – VİDEO

28-01-2020, 10:42           
Ermənilərin “təmir” etdiyi Şuşa məscidinin indiki halı – VİDEO
Ermənilərin rekonstuksiya adı ilə tanınmaz hala saldıqları Şuşanın Yuxarı Gövhər Ağa məscidinin son görüntüləri yayımlanıb.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, Qarabağda yaşayan rusiyalı tarixçi Anton Yestratovun bir müddət öncə paylaşdığı videoda Şuşa məscidinin daxili və zahiri görkəminin ciddi dəyişikliyə uğradığı görünür. Bundan başqa, yaxınlıqdakı mədrəsədə də dəyişikliklərin olduğu videodan bəlli olur. Ermənipərəst mövqeyi ilə tanınan Yevstratov Şuşa məscidini qərəzli şəkildə İranın maddi irsi kimi təqdim edib.

Xatırladaq ki, layihəni Ermənistanın “İDeA” fondunun maliyyəsi hesabına İranın “Part Saman Jahan” memarlıq şirkəti həyata keçirib. Layihənin əsas maliyyəsini erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan ayırıb.

Tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiya adı ilə tanınmaz hala salan düşmən tərəfi yaxınlıqda yerləşən mədrəsə də ciddi dəyişikliklər aparıblar.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.

Şuşa məscidinin son görüntülərini təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru