Məmmədyarov-Mnatsakanyan danışıqlarında xüsusi məxfilik

29-01-2020, 04:31           
Məmmədyarov-Mnatsakanyan danışıqlarında xüsusi məxfilik
Sabah Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı iki günlük danışıqlar başlayacaq. Danışıqlar prosesə nəzarət edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçiriləcək. Virtualaz.org bildirir ki, bu barədə “Nezavisimaya qazeta” məlumat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı geniş məsələlərə toxunulacaq. Rusiya nəşrinin yazdığına görə, söhbət əvvəlki kimi Madrid prinsipləri adı ilə məşhur olan nizamasalma planından gedir.

“Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar, həmişə olduğu kimi, yüksək məxfilik rejimində aparılır. Nazirlərin dəqiq nə söyləyəcəklərii və nəyin müzakirə ediləcəyi məlum deyil. Duman danışıqlardan sonra belə dağılmır - danışıq aparanlar ümumi sözlər və qeyri-müəyyən qiymətləndirmələrlə keçinirlər",-deyə qəzet yazır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 25-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, Qarabağ tənzimlənməsi ilə bağlı danışıqlar mövzusu dəyişdirilməyib və masa üzərindəki hələ də Madrid prinsipləridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru