Almaniya Trampın Fələstin planına tərəddüdlə yanaşdı

29-01-2020, 08:19           
Almaniya Trampın Fələstin planına tərəddüdlə yanaşdı
ABŞ-ın Fələstin-İsrail münaqişəsi ilə bağlı təqdim etdiyi “Əsrin müqaviləsi” planı böyük suallar doğurur.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.

“Bu təşəbbüs bir sıra suallar yaradır. Həmin sualları avropalı partnyorlarımızla müzakirə etməyi düşünürük. Bu, planın (Əsrin müqaviləsi) münaqişə tərəflərinin müzakirə prosesinə daxil edilməsi, həmçinin beynəlxalq hüquq normalarıa uyğunluğu ilə bağlı olan suallardır”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsi ilə bağlı “Əsrin müqaviləsi” planını irəli sürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru