Azərbaycanla şübhəli əlaqələri olduğu bildirilən deputatın toxunulmazlığı qaldırıldı

31-01-2020, 02:52           
Azərbaycanla şübhəli əlaqələri olduğu bildirilən deputatın toxunulmazlığı qaldırıldı
Almaniyada Bundestaq Meklenburq-Vorpommern torpağından CDU millət vəkili Karin Strenzin toxunulmazlığının qaldırılması üçün səs verib, - "Focus” xəbər verir.

MeydanTV məlumat verir ki, "Məsələnin arxa planı hələ də bəlli deyil,” - NDR yayınladığı xəbərdə vurğulayıb.

Artıq bir neçə aydır ki, 51 yaşlı Strenzin Azərbaycanla şübhəli işgüzar münasibətlərinin olduğu bildirilir və bu səbəbdən alman millət vəkili ictimai qınağa səbəb olub.

Qanunverici orqanın səhər toplantısında AfD parlament qrupunun rəhbəri Alexander Gaulandın da toxunulmazlığı qaldırılıb.

NDR 1 Radio MV-nin verdiyi məlumata görə hazırda deputatların ofislərində axtarış aparılır.

Keçən il Bundestaq Strenzi 20,000 avro məbləğində cərimə etmişdi. Səbəb olaraq

Avropa Şurası Parlament Assambleyasının üzvü kimi onun "avtoritar Qafqaz Respublikası olan Azərbaycanda rüşvət ilə bağlı qalmaqalda iştirakı” göstərilir, - "Focus” belə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru