Fransa Prezidenti Emmanuel Makron tezliklə Londona səfər etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bunu Makron xalqa müraciəti zamanı deyib. O, Londona Britaniyanın AB-dən çıxmasından sonrakı münasibətlərinin inkişafı imkanlarını müzakirə etmək üçün gedəcəyini bildirib:
“Mən tezliklə Britaniyaya Fransa-Britaniya əməkdaşlığını gücləndirmək üçün səfər edəcəyəm. London bu gün AB-ni yekun olaraq tərk edir. Bu, kədərli gündür, amma biz gərək Britaniya xalqının qərarına hörmət edək”.
Qeyd edək ki, yanvarın 31-də Britaniya AB-ni tərk edib.