Ən çox və ən az deputatlığa namizədlərin qeydə alındığı seçki dairələri

1-02-2020, 14:35           
Ən çox və ən az deputatlığa namizədlərin qeydə alındığı seçki dairələri
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində ən çox və ən az deputatlığa namizədlərin qeydə alındığı seçki dairələri məlum olub.

Bolgexeber.com-un məlumatına görə, ən çox deputatlığa namizəd 15 saylı Yasamal Birinci Seçki Dairəsində qeydə alınıb.

Bu seçki dairəsində 23 deputatlığa namizəd var. Ən az deputatlığa namizədlər isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Gəngərli-Naxçıvan və 4 saylı Naxçıvan Şəhər seçki dairələrində qeydə alınıb. Bu seçki dairələrinin hər birində 3 deputatlığa namizəd var.

Xatırladaq ki, hazırda 1325 nəfər deputatlığa namizəd var. Yanvarın 31-də deputatlığa namizədliyin geri götürülməsi halı qeydə alınmayıb. Yanvarın 31-dək olan dövrdə isə deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 312 nəfər deputatlığa namizədliyini geri götürmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru