ƏLİ HƏSƏNOVUN ƏSAS MEDİA ORQANI BAĞLANDI - Agentliyin ləğvi kollektivə elan edilib + FOTO

1-02-2020, 15:33           
ƏLİ HƏSƏNOVUN ƏSAS MEDİA ORQANI BAĞLANDI - Agentliyin ləğvi kollektivə elan edilib + FOTO
Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənova məxsus informasiya agentliyi - "Azadinform" fəaliyyətini dayandırıb.

"BakuPost" xəbər verir ki, agentliyin ləğvi dünən axşam kollektivə elan edilib və bu gündən bütün əməkdaşlarla müqavilələrə xitam verilib. Dünən gecədən saytda ("azadinform.az") heç bir yenilənmə yoxdur.

1999-cu ildən fəaliyyət göstərən "Azadinform" İnformasiya Agentliyi Əli Həsənovun əsas media orqanlarından biri idi. O, vəzifəsindən azad edildikdən sonra nəzarətindəki saytlar fəaliyyətini dayandırmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru