Politoloq Daxili İşlər Nazirinə müraciət etdi - MÜRACİƏT/FOTO

16-02-2020, 09:47           
Politoloq Daxili İşlər Nazirinə müraciət etdi - MÜRACİƏT/FOTO
Mən Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan xüsusi xahiş edərdim ki:

Sabahkı, Parlament seçkilərindən narazı qalan siyasi qüvvələr, deputatlığa namizədlər, onların dəstəkçiləri və seçicilərinin keçirəcəyi icazəsiz mitinqə qarşı, polis qüvvələri bir qədər güzəşti mövqe ilə yanaşsın. Düzdür, mitiniq hokumətlə razılaşdırılmayıb, qanunsuzdur, ona görə də bu halda polisin xidməti borcudur ki kütləvi tədbiri ləğv etsin. Amma dövlətçilikdə istisnalar, fərqli yanaşmalar da olur, şərait və vəziyyətdən asılı.

Belə ki, bu mitinq hansısa radikal təşkilatın bir, siyasi qərəzli, dövlətçilik əleyhinə və ya ictimai sabitliyi pozucu motivli addımı deyil. Bu mitinq əslində, dövlət başçısının ölkədəki islahatların güclənməsinə yönəlik, yeni uygun parlamentin formalaşması məqsədli növbədənkənar seçki prosesinin bir fraqmenti, davamıdır. Bu proses MSK sədrinin özünün də təsdiq etdiyi kimi, bu dəfə prezidentin tapşırığı ilə ilk əvvəldən fərqli, heç görünməmiş sərbəst formada inkişaf edib.

İlk dəfədir namizədliyini irəli sürənlərin demək olar ki, hamısı əngəlsiz, güzəştlə qeydə alınıb.
İlk dəfədir ki, seçkilərdə 1400-ə yaxın namizəd iştirak edib. İlk dəfədir ki seçki məntəqələrində bütün seçki prosesinin hər kəs tərəfindən tam video çəkilişlə qeydə alınmasına imkan verilib. İlk dəfədir ki, hər kəsin seçkidən video-çəkilişi MSK tərəfindən şikayətin faktı kimi qəbul edilir. İlk dəfədir ki, bütün şikayətçi namizədlər MSK binasına keçib yerində komissiya üzvlərinə öz arqumentlərini bildirirlər. İlk dəfədir ki, birdən- birə 4 dairənin nəticələri şikayətlərin əsasında ləğv edildi, həle nə qədər dairələr araşdırılır və hələ nə qədər də şikayətlər qəbulu davam edir.

Və nəhayət, ilk dəfədir ki MSK-ın sədri Məzahir Pənahov da deyir ki, MSK binasının qarşısında narazı namizədlər yığıncaģını görüb, sevindim!

Hörmətli Vilayət müəllim, bu mitinq özü, butún bu prosesin təbii davamıdır, məntiqi yekunudur. Əvvəla dövlət rəhbəri İlham Əliyevin başlatdığı fərqli sərbəst azad seçki prosesinin nəticəsidir ki, narazılar olmalı idi və etirazlar bildirilməli idi. Ikincisi bu qədər aşkarlıqla, video-foto faktlarla pozuntular ictimailəşib, narazı etirazlı insanlara dolmuş bu hiss təbii, harayasa, aidiyyətsiz yerə yox, MSK-nın qarşısında meydana boşalmalıdır.

Hörmətli Vilayət müəllim.

Sizinlə bir neçə dəfə həm o zamankı rəhbəriniz ilə birlikdə həm də ikilikdə də söhbətlər etmişik. Və sizdə 3 əsas xüsusiyyət müəyyən etdim. Bir dövlətə və dövlətçiliyə qəlbən və ruhən bağlılıq. (Qeyd etməliyəm ki, həm bu xüsusiyyəti yüksək qədər Vaqif Axundovla da söhbətlərdə gördüm) İkinci, yüksək zabit şərəfi, üçüncü, sərt intizam.
Bəli, mən özüm də əqidəcə dövlətçiyəm və sərt formada dövlətin qorunması, möhkəmliyi tərəfi olaraq, fəaliyyət, yazılarım da, əsas bu yöndədir.

Amma, Vilayət müəllim, belə bir fikrim də var ki, bəzən zaman, şərait, vəziyyətdən asılı olaraq bu sərtliyi kənara qoymaqla, yumşaq davranmağın, güzəştli mövqenin, Dövlətçiliyə daha xeyri olur. Bir aktiv vətəndaş və elmi dərəcəli hüquqşünas olaraq xahiş edərdim ki bu yazdıqlarımı diqqətə alasınız. Onu əmin edirəm ki, bu mitinqdə seçki narazılığı, etirazı ifadəsi motivi və məqsədindən başqa bir şey yoxdur. Əgər, radikal təxribatçılar kənardan problem törətməsələr.. Onu da, yəqin ki, mitinq təşkilatçıları və polis qüvvələri dərhal və birlikdə müəyyən etməklə zərərsizləşdirərlər.

Güman edirəm, 1-2 saat mitinqə qalmış mitinq təşkilatcıları polisin rəhbərliyi ilə görüşər. Polis rəhbərliyi bildirərdi ki, baxmayaraq ki, bu mitinq razılaşdırılmayıb, amma, seçki ilə baglı olduğu üçün sivil qaydada, seçkidən başqa bir şüarlar səsləndirməməklə və 1 ya 2 saat müddətində MSK qarşısında, ya yanında, ya da yaxınlığında mitinq keçirilməyə mane olunmayacaq. Güman edirəm DİN bu məsələni Bakı ŞİH və MSK ilə də razılaşdırar, mitinq vaxtında bitər, mitinqçilər də polislə əl verib görüşüb, rahatlıqla dağılışarlar.. Heç şübhə də yoxdur, hörmətli dövlət rəhbərliyi də belə xoşməramlı sivil aksiyayadan razı qalar.

Bu seçkidə çox yeniliklərlə rastlaşdıq. Gəlin bu ilk xoşməramlı, anlaşıqlı mitinqlə də rastlaşaq!

Hörmətlə,
İlqar Altay.

Bu şəkli özüm, bu müraciətimə əlavə edirəm. Bu şəxs, hüquq doktoru, keçmiş universitetin professoru, seçkilərdən narazı namizəddir. Bu yaşlı nurani mədəni sivil xanım isə, bu şəxsin anasıdır. 79 yaşlı şəhid anası, yəqin ki təhsilli elmlidir. Təkidli olaraq, ömründə bəlkə birinci dəfə oğlunun seçki etirazı mitinqində iştirakçı olmaq istəyir. Və yəqin ki, iştirak edəcək.. Indi nə olacaq, bu ananı polis götürüb avtobuslara atacaq? Mən təsəvvür etmirəm və inanmıram! Əksinə, inanıram ki, polis-cəmiyyət anlaşması ilə belə hal olmayacaq. Bizi inkişafa aparacaq amil dövlət-cəmiyyət-xalq anlaşma, birliyi olar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru