Koronanın neftə təsiri: Qiymət müharibəsi...

5-04-2020, 09:00           
Koronanın neftə təsiri:
Koronavirusla bağlı neftə tələbatın azalması səbəbindən tədarükdə əhəmiyyətli dərəcədə artım olub.

Axar.az xəbər verir ki, bunu Anadolu agentliyinə açıqlamasında analtik Mark Rossano deyib.

O bildirib ki, hazırda dünya bazarlarında neftə gündəlik tələbat 38 milyon barrel azalıb.

Koronavirus səbəbindən bazarlarda yaşanan qeyri-müəyyənliyin Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı qiymət müharibəsini də artırdığını bildirən Rossano neft ixrac edən ölkələrin iqtisadi itkilərinin böyük olacağını qeyd edib:

“Neft ixrac edən ölkələrin iqtisadi itkiləri böyük olacaq. Mövcud borc yükü səbəbindən bu ölkələrin iqtisadiyyatının daha da pisləşəcəyini proqnozlaşdırırıq. Hazırda neft bazarındakı qiymət dəyişdiyindən ən çox İraq, İran, Nigeriya və Anqola ziyan görür. Səudiyyə Ərəbistanına da bu təsir edir, ancaq neftayrıma sektoruna qoyulan investisiyalardan büdcə balansı baxımından neft əməliyyatları bir qədər azalıb. Lakin istehsal həcmi baxımından Körfəz Ölkələri Əməkdaşlıq Şurası ölkələri arasında ən çox narahat olan Səudiyyə Ərəbistanıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru