Tramp neft hasilatının azaldılmasını istisna etməyib

7-04-2020, 04:57           
Tramp neft hasilatının azaldılmasını istisna etməyib
“ABŞ lazım gələrsə, gələcəkdə neft hasilatını azaltmaq barədə qərar qəbul edə bilər”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ağ Evin rəhbəri Donald Tramp deyib.

“Bu, qəbul etməli olduğumuz bir qərardır. Bəlkə də qəbul edəcəyik, bəlkə də yox”- deyə, o bildirib.

Tramp, belə bir qərar üçün müraciətin edilmədiyini də qeyd edib:

“Bunun avtomatik olaraq baş verəcəyinə inanıram. Çünki, bazarda sadəcə olaraq tələb yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.