“Azərbaycanın yerində olsaydım, Qarabağa hücum edərdim” – Ermənistanın eks-baş naziri

2-06-2020, 22:04           
“Azərbaycanın yerində olsaydım, Qarabağa hücum edərdim” – Ermənistanın eks-baş naziri
Ermənistanın sabiq baş naziri Qrant Baqratyan maraqlı açıqlama ilə çıxış edib.

Teref.az Modern.az-a istinadən xəbər verir ki, “Armnews” telekanalının qonağı olan Baqratyan koronavirusa görə, Ermənistanın zəif düşdüyünü deyib.

“Mən Azərbaycanın yerinə olsaydım, 3-4 ay sonra nəinki Qarabağa, həm də Ermənistana hücum edərdim. Ölkə koronavirusa görə zəif vəziyyətdədir”.

Ermənistan cəmiyyətində bu açıqlama ciddi rezonans doğurub. Bəziləri Baqratyanın bu etirafa görə, cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

61 yaşlı Qrant Baqratyan 1993-1996-cı illərdə Ermənistanın baş naziri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru