Rusiya G7 üzvlüyünə qaytarılacaq? - CAVAB

3-06-2020, 00:00           
Rusiya G7 üzvlüyünə qaytarılacaq? - CAVAB
Avropa Birliyinin xarici siyasətinə cavabdeh olan Jozep Borrel Vladimir Putinin sammitdə iştirak etməsi perspektivinə toxunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Borrel sammitə ev sahibliyi edəcək ABŞ prezidenti Donald Trampın Putinə dəvət göndərmək planını dəyərlənidirib. Onun fikrincə, Putin yalnız qonaq kimi sammitə qatıla bilər.

“Ev sahibi qonaq dəvət etmək hüququna malikdir. Amma G7 formatının daimi əsnada dəyişdirilməsi G7 sədrinin səlahiyyətində deyil”.

Jozep Borrelin qərarını Kanada baş naziri Castin Trüdo və Böyük Britaniya baş naziri Boris Conson da dəstəkləyib. Onlar 2014-cü ildə G8 formatından Rusiyanın çıxarıldığını və bu ölkənin aqressiv siyasətinə son verməyincə, situasiyanın olduğu kimi qalacağını açıqlamışdı.

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini “Böyük yeddilik” sammitinə dəvət edəcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru