ABŞ-ın xristian dini liderləri Trampın kilsə qarşısından bəyanat verməsini tənqid ediblər

3-06-2020, 12:55           
ABŞ-ın xristian dini liderləri Trampın kilsə qarşısından bəyanat verməsini tənqid ediblər
ABŞ-ın bir sıra yüksək rütbəli dini liderləri Donald Trampın kilsə qarşısına getməsi, burada əlinə müqəddəs kitabı alaraq bəyanat verməsini tənqid ediblər.

Teref.Az SalamNews-a istinadla xəbər verir ki, Trampın kilsə qarşısından bəyanat verməsinə ilk tənqidedici reaksiya Vaşinqton katoliklərinin baş Yepiskopu Vilton Qriqoridən gəlib.

ABŞ katolikləri və protestantlarının tanınmış dini liderləri Trampın son addımını kəskin şəkildə tənqid atəşinə tutublar.

Vaşinqtonun Baş Yepiskopu verdiyi açıqlamada bildirib ki, “müqəddəs Pavel katolik kilsəsinin rəhbəri olduğu 40 il boyu heç vaxt belə işlərdən görməyib. O kilsə qarşısına gəlmək üçün və bu zaman tərəflərin səsinin qarşısını almaq, onları dağıtmaq və qorxutmaq üçün gözyaşardıcı qazlar, və digər zorakı addımlardan istifadə etməyib.”

Eləcə də yepiskop Maykl Kouri Trampın belə bir dönəmdə kilsə qarşısına gəlməsi və incili əlinə almasını tənqid edib və bu addımın partiya təbliğatı fonunda atıldığını deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.