ABŞ-dakı aksiyaları Rusiya təşkil edir? - Səfir 7-06-2020, 10:27 Rusiyanın ABŞ-dakı nümayişlər zamanı təxribatçılara dəstək verməsi barədə yayılan ittihamlar əsassızdır.Axar.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.“İndi bizi səhnənin arxasında durmaqda günahlandırırlar, təxribatçılara yardım etdiyimizi deyirlər. Bütün bunlar axmaqlıqdır", - səfir vurğulayıb.Qeyd edək ki, ABŞ-ın müxtəlif şəhərlərində Corc Floydun polis tərəfindən amansızcasına qətlə yetirilməsindən dolayı etiraz aksiyaları keçirilir. Facebook-da paylaş