Ölkələrə çağırış edildi: Türkiyəyə qarşı donanma...
22-06-2020, 08:58
Türkiyənin Aralıq dənizindəki aktivliyini tənzimləyəcək bir donanma yaradılmalıdır.
Axar.az xəbər verir ki, bunu Cənubi Kiprin Müdafiə naziri Savvas Angelidis deyib.
“Biz Yunanıstan, Fransa, İtaliya, Misir və İsrail kimi ölkələrlə davamlı müzakirələr aparırıq. Avropa Birliyinin Şərqi Aralıq dənizində bir donanması olmalıdır. Rəsmi Ankaranın burada aktiv siyasətinin qarşısını almaq üçün bu donanmaya ehtiyac var”, - Savvas Angelidis bildirib.