KİV haqqında qanuna dəyişikliklər olacaq - Komitə sədri

22-06-2020, 13:27           
 KİV haqqında qanuna dəyişikliklər olacaq - Komitə sədri
“Milli Məclisin Mədəniyyət komitəsi qısa zaman ərzində bir sıra məsələlərlə bağlı sənədlər üzərində çalışır. Hazırda komitədə “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, "Yazılı abidələr haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında” qanunlara baxılır. Eyni zamanda, “Kütləvi informasiya vasitələri haqqında”, “Azərbaycan Respubliaksında Dövlət dili haqqında” qanunlara əlavə və dəyişikliklər ilə bağlı təkliflər verilir, müzakirələr aparılır”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Milli Məclis” jurnalına müsahibəsində deyib. Komitə sədrinin sözlərinə görə, komitənin fəaliyyəti ölkənin hüdudlarından kənarda da davam etdirilir:

“Eyni zamanda, biz bir sıra mövzular ətrafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətimizin inkişafına xüsusi diqqət və qayğısını nəzərə alaraq pandemiya dövrünün qaydalarının imkan verdiyi çərçivədə bir sıra istiqamətlərdə ictimai dinləmələr və bəzi bölgələrimizdə mədəniyyət sahəsi ilə bağlı təşəbbüslərlə çıxış etməyi planlaşdırırıq. Komitəmiz Azərbaycan mədəniyyətinin xaricdə təbliği mövzusuna da xüsusi diqqət yetirir və bu istiqamətdə qanun və prosedurların imkan verdiyi çərçivədə fəal çalışmağa başlamışıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru