Peskov: "Rusiyanın qonşularına qarşı ərazi iddiaları yoxdur"
22-06-2020, 13:44

Kreml bəyan edir ki, Rusiyanın qonşularına qarşı ərazi iddiaları yoxdur.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi 22 iyun bazar ertəsi günü Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin bir gün əvvəl verdiyi müsahibədə səsləndirilən bir sıra açıqlamalara münasibət bildirərkən söyləyib.
“Xeyr, Rusiyanın qonşularına qarşı ərazi iddiaları yoxdur” deyib Peskov.
Kremlin rəsmisi əlavə edib ki, Putinin iyunun 24-də Moskvadakı Qələbə Paradında iştirak edəcək MDB ölkələrinin rəhbərləri ilə ərazi məsələsini qaldırmaq planları yoxdur.
“Xeyr, bu məsələlər gündəmdə deyil və Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar Qırmızı Meydanda keçiriləcək hərbi parad üçün vacib sayılmır” deyib.
Bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiya və Ukraynanın “dalaşmadığını, ancaq düşüncələrinə görə ayrıldığını” söyləyib: “Ukrayna xalqı bizim qardaş xalqımız olub, əbədi də qardaş kimi qalacaq”.
Putin Vladimir Zelenskini İkinci Dünya Müharibəsi ilə əlaqədar söylədiklərinə görə qınayıb və bu fikirlərin ölkələr arasındakı münasibətləri korlaya biləcəklərini deyib.
Eyni zamanda, o, əmindir ki, Ukrayna rəhbərliyinin Moskvaya səfəri qaçılmazdır.