Rusiya ilə ABŞ arasında Vyanada keçirilən danışıqların təfərrüatları məlum olub

23-06-2020, 07:58           
Rusiya ilə ABŞ arasında Vyanada keçirilən danışıqların təfərrüatları məlum olub
Moskva və Vaşinqton arasında Vyanada strateji sabitlik mövzusunda aparılan məsləhətləşmələrdə DNSV-3-ün uzadılmasını müzakirə edilib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bazar ertəsi strateji sabitlik mövzusunda Vyanada keçirilən Rusiya-ABŞ məsləhətləşmələri başa çatıb.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Sergey Ryabkov, ABŞ nümayəndə heyətinə isə Marşal Billinqsley rəhbərlik edib. Müşavirə təxminən on saata yaxın davam edib.

“İki ölkə prezidentlərinin göstərişinə uyğun olaraq, silah nəzarətinə dair perspektivlərin, o cümlədən sabitliyin və proqnozlaşdırılmanın qorunması məsələlərinin müzakirəsi davam etdirilib, habelə beynəlxalq təhlükəsizlik sahəsində problemlərin həlli ilə bağlı hərtərəfli dialoq aparılıb”, nazirliyin məlumatında vurğulanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.