Rusiya parlamenti Qazaxıstanla Balxaş qovşağı sazişini denons edib

26-07-2020, 09:29           
Rusiya parlamenti Qazaxıstanla Balxaş qovşağı sazişini denons edib
Rusiya Federasiya Şurası Rusiya və Qazaxıstan arasında 5H86 «Dnepr» (Balxaş qovşağı) radiolokasiya stansiyası üzrə bağlanmış sazişi denons edib. Bu barədə «Rosbalt» agentliyi xəbər verib.

Balxaş qovşağı 1973-cü ildə istismara qəbul edilib və Cənub hava-kosmik strateji istiqaməti üzrə döyüş növbəsi çəkir. Ancaq Müdafiə Nazirliyi bu istiqamətdə «Voronej» tipli 4 müasir radiolokasiya stansiyasını işə buraxıb. Bununla əlaqədar əvvəlki stansiyaya ehtiyac qalmayıb.

Federasiya Şurasında qeyd ediblər ki, sazişin denons edilməsi Rusiyanın maraqlarına cavab verir və dövlət proqramı ilə müəyyən olunmuş məqsədlərə çatmağa təsir göstərmir.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.