Daha bir müsəlman ölkəsi Ermənistanın yanında – Nazirlər danışdı/VİDEO

28-07-2020, 17:33           
Daha bir müsəlman ölkəsi Ermənistanın yanında –
Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan livanlı həmkarı Nasif Hitti ilə telefonda danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb. Beynəlxalq əməkdaşlıq və qarşılıqlı yardımın rolunun əhəmiyyəti qeyd edilib.

Ermənistan və Livan xarici işlər orqanlarının rəhbərləri beynəlxalq və regional gündəmdəki bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Mnatsakanyan regional sülh və təhlükəsizlik məsələlərinə toxunaraq, həmkarına Ermənistanın bu məsələlərə işğalçı mövqeyini təqdim edib.

Əlavə edək ki, Livan qondarma erməni soyqırımını tanıyan iki müsəlman ölkəsindən (Suriya) biridir. Bir sıra hallarda dövlət rəsmilərinin Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə işğalçının mövqeyindən çıxış edən Livanın hökumət və parlamentində yüksək vəzifələr tutan xeyli sayda erməni var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru